12px13px15px17px
Tarix:24/05/12

“Google” qalib gəldi

Kaliforniya ştatında yerləşən federal məhkəmənin çıxartdığı qərara görə, “Google” internet-şirkəti “Oracle” şirkətinin patentlərini pozmayıb.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Oracle” şirkəti 2010-cu ilin avqustunda internet-nəhəngə qarşı qaldırdığı iddiada onu patentlərinin pozulmasında, həmçinin “Android” mobil platformasında “Java” texnologiyasından qanunsuz olaraq istifadədə ittiham edib.

Qeyd edim ki, “Oracle” şirkəti 2009-cu ildə “Sun Microsystems” şirkətini satın almaqla birgə “Java” proqramlaşdırma dilinə müəllif hüquqlarını da əldə edib.

"Bu gün məhkəmə tərəfindən çıxarılmış qərar yalnız “Google” internet-şirkətinin deyil, həm də “Android” platformasının qələbəsidir" – internet-nəhəngin nümayəndəsi bildirib.
 

EMİL




Baxış sayı: 1371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024