12px13px15px17px
Tarix:24/05/12

“Hewlett-Packard” əməkdaşlarını niyə ixtisar edir?

“Hewlett-Packard” (HP) korporasiyası 27 min əməkdaşını işdən çıxarmaq haqqında elan edib. Bu isə ümumi ştatın 8 faizi deməkdir. Korporasiyanın baş direktoru Meq Uitman bildirib ki, heyətin  sayının azaldılması – bu, şirkətdə yenidənqurma üzrə aparılan  ümumi proqramın bir hissəsidir.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət, həmçinin rüb üzrə hesabat dərc edib.

Şirkət tərəfindən dərc edilmiş məlumatlara görə, ötən rüb onun əməliyyat mənfəəti 1 səhm üçün 98 sent təşkil edib. “HP” korporasiyasının birinci rüb üzrə satış həcmi 30,7 milyard dollara bərabər olub. Şirkətin səhmlərinin qiyməti işçilərin ixtisar edilməsi  və müsbət rüblük hesabatın dərc edilməsi fonunda 12 faiz artıb.

Şirkətin rüblük hesabatında qeyd edilib ki, fərdi kompyuterlərin  satış həcmi il ərzində dəyişməyib, lakin printer və mürəkkəb satışlarının həcmi təxminən 10 faiz azalıb. Server və məlumatların saxlanılması sistemlərindən əldə olunan mədaxil 6 faiz, İT xidmətlərin göstərilməsindən əldə olunan mədaxil isə 1 faiz azalıb. “HP” korporasiyasının xalis mənfəəti 31 faiz azalaraq 1,59 milyard dollar və ya 1 səhm üçün 80 sent təşkil edib. Rüblük satışların həcmi 31,6 milyard dollar təşkil edib.

 
EMİL




Baxış sayı: 1182

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024