12px13px15px17px
Tarix:24/05/12

”Nokia 100”, “C1-01”, “C2-01” və “300” modelləri üçün xüsusi təklif

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir.

ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl “3G” mobil internet xidməti göstərən “Bakcell” böyük məmnuniyyətlə yeni kampaniyasını elan edir.  İndi göstərilən “Nokia” modellərindən birini eksklüziv qiymətə pulsuz “CİN” nömrə ilə birgə əldə edən müştərilərimiz xüsusi aylıq bonuslardan yararlanacaqlar.

Bu kampaniyanın eksklüzivliyi ondan ibarətdir ki, qeyd olunan “Nokia” telefonlarından birini alan müştəri telefona xərclədiyi pulunu 12 ay ərzində geri ala bilər. Aylıq bonusları əldə etmək üçün balansa hər ay sadəcə 2 AZN yükləmək kifayətdir. Bundan əlavə, müştərilərimiz telefon üçün eksklüziv və xüsusi qiymətlə yanaşı, pulsuz “SİM” kart əldə edəcəklər.

Təklif may ayının 23-dən başlayaraq “Bakcell”in istənilən diler dükanı və ya satış nöqtəsindən kampaniyada iştirak edən telefonlardan birini əldə etmiş müştərilər üçün qüvvədədir.

“Bakcell”in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, “Sür@” xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.




Baxış sayı: 1281

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024