12px13px15px17px
Tarix:25/05/12

Conatan Ayv: “Apple” korporasiyası üçün pul deyil, keyfiyyətli məhsul əsasdır

“Apple”-ın baş dizayneri Conatan Ayv bildirib ki, korporasiya üçün kifayət qədər çox pul qazanmaq deyil, keyfiyyətli məhsul təklif etmək əsasdır. Onun sözlərinə görə, “Apple” korporasiyası məhz  bu səbəbdən uğur əldə edib və onu qoruyub saxlayır.

"Bizim istehsal etdiyimiz məhsullar insanların xoşuna gəlir və onu satın alırlar və biz bundan pul qazanırıq. Lakin bizim məqsədimiz pul deyil, keyfiyyətli məhsul hazırlamaqdır" – Conatan qeyd edib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Conatan Ayv hesab edir ki, hazırda dizaynerin işi əvvəlki illərlə müqayisədə daha çətindir. O, “Apple” korporasiyasının əldə etdiyi nailiyyətlərdən tamamilə razıdır; şirkət qoyulmuş tapşırıqların öhdəsindən uğurla gəlir.

Onun sözlərinə görə, sirr ondan ibarətdir ki, şirkətdə çalışan mütəxəssislər dizaynı özləri üçün deyil, digərləri üçün yaradırlar.


 
EMİL




Baxış sayı: 1465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024