12px13px15px17px
Tarix:25/05/12

Bankların plastik kartları da metroda keçərli olacaq

Bakı metrosunda yenilik tətbiq olunur. Artıq gediş haqqını metro kartı olmadan da ödəmək mümkündür. Metro stansiyalarının turniketlərində yeni sistem quraşdırılıb. Həmin sistem istənilən bank kartı vasitəsilə (əməkhaqqı kartı istisna olunmaqla) metrodan istifadə etməyə imkan verir.

“İCTnews” xəbər verir ki, Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev bu barədə açıqlamasında bunu metroda tamamilə nağd olmayan ödəniş sisteminin tətbiqi kimi dəyərləndirib.

Gediş kartlarının yaxınlaşdırıldığı avtomatik nəzarət məntəqəsində (ANM) quraşdırılan cihaz vasitəsilə bank kartını toxundurub keçmək mümkündür. Yeni sistem metronun bütün stansiyalarında tətbiq olunur.

Baş mühəndis qeyd edib ki, Bakı metrosunda istifadə olunan kartla ödəniş sistemi çox müasirdir. Gələcəkdə bir kartla mağazada alver etməyə, metro və avtobusda gediş haqqını ödəməyə imkan verən sistem yaradılacaq.

RƏVAN




Baxış sayı: 1296

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024