12px13px15px17px
Tarix:11/07/11

“Twitter”in dəyəri artır

“Twitter” mikrobloqlar xidməti şirkətə 400 milyon dollar sərmayə yatıra bilən investor axtarışlarına başlayıb. Anonim mənbələrə istinadən “The New -York Times” qəzeti yazıb ki, investorlar “Twitter”in ümumi 8 milyard dollar kapitallaşdırmasına əsaslanaraq paylarını alacaqlar.
Daha əvvəl bazarda “Twitter”in bir neçə dəfə qiymətləndirilməsi olub. Belə ki, “The Wall Street Journal” ı iyul ayının əvvəlində yazıb ki, potensial investorlar şirkətin dəyərini 7 milyard dollar hesab edirlər. Eyni qəzetdə fevralın əvvəlində olan informasiyaya əsasən “Google” və “Facebook” “Twitter”i 8-10 milyard dollar qiymətləndiriblər.
“Twitter” reklam satışından ildə təxminən 200 milyon dollar əldə edir. İnvestorlar yaxın vaxtlarda “Twitter” gəlirinin kəskin artımına inanırlar. 400 milyon dolların cəlb edilməsi zamanı “Twitter”in mərkəzi investorlarından biri Yuri Milner və Alişer Usmanovun DST Global fondu olacaq. Bundan başqa, investisiyalarda “Kleiner Perkins Caufield & Byers”(artıq əvvəllər Twitter-ə vəsait qoyub) firması da iştirak edəcək. “Twitter” bu informasiyanı rəsmən şərh etmir.



Baxış sayı: 1100

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024