12px13px15px17px
Tarix:26/05/12

Şəhər meri və oğlunu haker fəaliyyətinə görə həbs ediblər

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Qərbi Nyu-York şəhərinin meri və oğlunu sayt və elektron poçt “sındırmağa” görə həbs ediblər.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, istintaq məlumatına görə, 55 yaşlı Feliks Rok  və 22 yaşlı Cozef Rok  2012-ci il fevralın 6-da Feliksin mer vəzifəsindən istefası tələbi yerləşdirilmiş sayta hücum ediblər. Cozef saytla əlaqəli olan elektron poçtu “sındıraraq” saytın idarə panelinə çıxış imkanı əldə edib və fevralın 8-də saytın fəaliyyəti dayandırılıb.

Merə qarşı səhifəni yaradan şəxslərin kimliyi naməlum idi. Lakin Feliks Rok elektron poçtu “sındırdıqdan” sonra bu şəxslərin kimliyini müəyyən edib.

Mer hücumdan sonrakı gün onlardan birinə zəng vuraraq bildirib ki, saytın bağlanmasının arxasında onun dövlət orqanında çalışan  yüksəkvəzifəli dostu durur, o, həmçinin resursun yaradıcısını hədələyib.
Ata və oğulu 250 min dollar cərimə və 5 ilədək həbs gözləyir.
 
EMİL
 




Baxış sayı: 1563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024