12px13px15px17px
Tarix:26/05/12

“Rabitə dünyası” qəzetinin “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinə həsr olunmuş ingilis dilində xüsusi buraxılışı nəşr olunub

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi orqanı olan "Rabitə dünyası" qəzetinin Bakı şəhərində  keçirilən "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinə həsr olunmuş ingilis dilində xüsusi buraxılışı nəşr olunub.

Yüksək tərtibatla və zövqlə nəşr olunan qəzetdə "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin tarixi, Azərbaycan Respublikasının birinci xanımı, "Eurovision 2012"  Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın müsabiqə haqqında fikirləri,  Azərbaycan və Bakı haqqında, ölkəmizin "Eurovision" müsabiqəsində iştirak etdiyi 5 il ərzində əldə etdiyi uğurlu nəticələr, Bakının ev sahibliyi etdiyi "Eurovision 2012"-nin təşkili barədə məlumatlar, eləcə də, müsabiqənin texniki təchizatı üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilən işlər barədə  geniş məlumat verilib.  

Xüsusi buraxılışda "Eurovision 2012"  Mahnı Müsabiqəsində bu il ölkəmizi təmsil edən Səbinə Babayeva ilə yanaşı, digər ölkə təmsilçiləri, həmçinin müsabiqənin hər iki yarımfinalının nəticələri barədə məlumatlar yer alıb.




Baxış sayı: 1703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024