12px13px15px17px
Tarix:29/05/12

“Facebook” smartfon hazırlayacaq?

Dünyanın ən böyük və populyar sosial şəbəkəsi olan “Facebook”  2012-ci ildə şəxsi smartfonunu hazırlaya bilər. Bu barədə şirkətdəki mənbələrə istinadən "Nyu-York Tayms" qəzeti yazıb. Qəzetin məlumatına əsasən, “Facebook” rəhbərliyi bununla bağlı  işə “Apple”-ın bir sıra keçmiş əməkdaşlarını götürüb. Həmin əməkdaşların hamısı  “iPhone” və “iPad” qurğularının hazırlamasında iştirak ediblər.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu, artıq şirkətin üçüncü cəhdidir. Şirkətin şəxsi smartfonu yaratmaq ideyası 2010-cu ildə yaranıb, lakin o zaman onu hazırlamaq mümkün olmadı. “Facebook” 1 il sonra bu istiqamətdə yenidən, həm də bu dəfə Tayvanın smartfon istehsalçısı “HTC” şirkəti ilə birgə cəhd etdi.

Lakin o zaman “HTC Baffi" smartfonu bir neçə səbəbə görə işıq üzü görmədi. Hazırda  sosial şəbəkənin rəhbərliyi bu istiqamətdə aparılmış işlərə yenidən başlayıb. "Nyu-York Tayms" qəzetinin versiyasına görə, şirkətin onun üçün yeni olan sahədə belə fəallıq göstərməsi yeni gəlir mənbələri tapmaq cəhdi ilə bağlıdır.
 


EMİL




Baxış sayı: 1326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024