12px13px15px17px
Tarix:30/05/12

Rusiyada internetə çıxış imkanı 2018-ci ilədək ölkə ərazisinin 80 faizini əhatə edəcək

Rusiyada internetə çıxış imkanı 2018-ci ilədək ölkə ərazisinin 80 faizini  əhatə edəcək. Rabitə naziri Nikolay Nikiforov "Russia Today" telekanalına verdiyi müsahibəsində belə fikir səsləndirib.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nazir deyib ki, hətta Sinqapur kimi texnoloji cəhətdən inkişaf etmiş ölkədə belə internetə genişzolaqlı çıxış imkanı 100 faiz təmin edilməyib.

Nikiforov həmçinin qeyd edib ki, onun fikrincə, hökumət tərəfindən  internet sahəsinə yeganə müdaxilə forması uşaqların yolverilməz məzmundan, həmçinin müəllif və əqli mülkiyyət hüquqlarının müdafiə edilməsinin təmin edilməsi olmalıdır.

"Lakin sözsüz ki, rabitə xidmətləri və ya veb-saytlara çıxış imkanında heç bir məhdudiyyət olmamalıdır" – Nikiforov bildirib.Nikiforov, həmçinin "elektron demokratiya" elementlərinin inkişaf etdirilməsinin əhəmiyyətini də vurğulayıb.

EMİL




Baxış sayı: 1289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024