12px13px15px17px
Tarix:30/05/12

“Teleradio” İB tərəfindən məcburi köçkün ailələrinə yardımlar göstərilib

Cari ilin yanvar-aprel aylarında “Teleradio” İB tərəfindən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşmış 354 nəfər məcburi köçkünün hər birinə 1 ədəd olmaqla, gündəlik çörək paylanıb. Həmin düşərgədə məskunlaşmış məcburi köçkün ailələrinin istifadə etdikləri maye qaz balonlarının 98 ədədi may ayının 15-də doldurulub, bir qismi isə təmir edilərək onlara paylanılıb və bir nəfərə maddi yardım göstərilib.

Adı çəkilən düşərgədə yerləşən 9 saylı Şuşa orta məktəbinin nəzdində şagirdlər üçün 2 otaqlı musiqi siniflərinin tikinti işləri başa çatdırılıb.Bu barədə “İCTnews” elektron xəbər xidmətinə birlikdən məlumat verilib.

Gorədil qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı “Rabitəçi” sağlamlıq düşərgəsində “Teleradio” İB tərəfindən görülən işlər Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və  məşğulluğunun  artırılması üzrə  Dövlət Proqramı”na uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinin həlli istiqamətində uğurla həyata keçirilən irimiqyaslı işlərin davamıdır və bütün bunlar “Teleradio” İB rəhbərliyinin daim diqqət mərkəzindədir.
 
CAHANGİR




Baxış sayı: 1552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024