12px13px15px17px
Tarix:31/05/12

Abşeronun yeni qəsəbələrində mənzillərin telefonlaşdırılması işlərinə başlanılıb

Yeni qəsəbələrdə tikilən ATS-lərdə mənzillərin telefonlaşdırılması məqsədilə sənədləşdirmə işləri aparılır. Artıq Qurtuluş -93 qəsəbəsində mənzillər telefonlaşdırılıb.  Bu barədə “Rabitə dünyası” qəzetinə açıqlamanı Abşeron TKQ-nın rəisi Əyyub İsmayılov verib. Onun bildirdiyinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İB-nin dəstəyi ilə bütün yeni salınan qəsəbələrdə kompleks tədbirlər həyata keçirilir.

Ə.İsmayılovun sözlərinə görə, rayon ərazisində ən böyük yaşayış massivi kimi tanınan “Qurtuluş-93” yaşayış massivində 3008 nömrəlik 960 ADSL portlu yeni EATS-dən mənzillərə telefon çəkilişi həyata keçirilir. ”Əhalinin telefona olan tələbatı tam ödəniləcək. Bura yeni salınan qəsəbədir və telefona böyük tələbat var. Eyni zamanda qəsəbədə bütün infrastruktur obyektləri də telefonlaşdırılacaq.  

Bu qəsəbədə “Aztelekom” İB şəbəkəsində ilk dəfə olaraq yeni texnologiya tətbiq edilib” deyə rəis bildirib.  Burada “Aztelekom”İB şəbəkəsində ilk dəfə olaraq  tətbiq edilən  “GPON” (Gigabit tutumlu passiv optik şəbəkə) texnologiyasıdır.

Belə ki, yaşayış sahəsindəki 14 ədəd 4 və 5 mərtəbəli bina üzrə 305 mənzilə fiber-optik liflərin qoşulması üçün fiber-optik paylayıcı qutuların və paylayıcı kanalların quraşdırılması işləri həyata keçirilib.
Bundan başqa Masazır qəsəbəsinin “Atçılıq” yaşayış sahəsində də telefon problemi arxada qalıb.

Qəsəbədə 1024 nömrəlik , 192 ADSL portlu yeni EATS avadanlığının montaj-quraşdırma işləri başa çatıb. Mənzillərin telefonlaşdırılması üçün eskiz layihə tam hazırdır, sənədləşmə işləri aparılır. Yeni EATS-in 1600 metrlik fiber-optik xətt  şəbəkəsinin tikinti işləri həyata keçirilib.

Abşeronun ən böyük qəsəbələrindən olan Hökməli kəndində mənzillərin telefonlaşdırılması üçün sənədləşmə işləri aparılır. Burada əvvəllər qeyd etdiyimiz kimi, 1000-dən yuxarı ailə yaşasa da, qəsəbə Xırdalan 341/342 saylı mərkəzi EATS-dən çəkilən 150 ədəd xətt telefonunun ümidinə qalmışdı.

Bu da tələbatı ödəməməklə yanaşı, vətəndaşların müasir telefon rabitəsi və internet xidmətlərindən istifadəsi üçün yetərli deyildi.  Buna görə Abşeron TKQ ərazidə xətt telefonuna olan tələbatı nəzərə alaraq yeni EATS binası inşa edib. Hökməli qəsəbəsində yeni 1024 nömrəlik 192 ADSL portlu EATS-i tam montaj olunub.

 Abşeronun Qaradağ rayonu ilə həmsərhəd olan Qobu qəsəbəsində rabitəçilərin qətiyyətli olması ərazinin relyefinin qənaətbəxş olmaması, evlərin pərakəndə tikilməsi problemini arxa plana keçirib.

Abşeron TQ Yeni Qobu yaşayış sahəsində quraşdırılacaq 1024 NN-lik 192 ADSL portlu EATS-in montaj-quraşdırma işlərini başa çatdırıb. Qəsəbədə gələcəkdə yeni evlərin tikilməsi nəzərə alındığında gələcək nəsillərin belə telefon çəkdirmək problemi olmayacaq. Bundan başqa  Qobustan kəndi ərazisində 512 NN-lik yeni EATS-in tələbatı ödəyəcəyi bildirilir.

Xocahəsən qəsəbəsində Quşçuluq yaşayış massivinin telefona böyük tələbat olan bir hissəsində 640 abunəçilik (hər birində) “ONU” (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiya avadanlıqları  quraşdırılması başa çatıb. Xocahəsən qəsəbəsində “ONU”-nun quraşdırılması nəzərdə tutulan yerə qədər fiber-optik birləşdirici rabitə xəttinin quraşdırılması işləri başa çatdırılıb.

“ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, İP TV, videotelefon və digər multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır. Dünya təcrübəsində texnoloji baxımdan özünü yaxşı təqdim edən avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və yüksək keyfiyyətli çatdırılmasını təmin edir.




Baxış sayı: 1641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024