12px13px15px17px
Tarix:31/05/12

Əlilliyin müəyyən edilməsi üçün göndəriş forması TSEK-lərə elektron qaydada təqdim olunacaq

Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsi üzrə elektron xidmətlərin tətbiqi işləri davam etdirilir.

Nazirlikdə Səhiyyə Nazirliyinin müvafiq strukturlarının əməkdaşları ilə birgə əlilliyin müəyyən edilməsi üçün səhiyyə müəssisələri tərəfindən 88 nömrəli göndəriş formasının Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada təqdim olunması ilə bağlı texniki məsələlər müzakirə olunub.  “İCTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən qeyd edilib ki, tədbirdə nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov səhiyyə müəssisələri tərəfindən verilən 88 nömrəli göndəriş formasının əlillik müayinəsinin aparılması üçün ən ilkin və vacib sənəd olduğunu, vətəndaş tərəfindən TSEK-ə elektron qaydada müraciət zamanı həmin göndəriş formasının skan edilmiş şəkildə təqdim olunmasının həm vaxt itkisi, həm də texniki baxımdan vətəndaşlar üçün çətinliklər yarada biləcəyini deyib.

Qeyd olunub ki, hazırda «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu» e-xidmətin tətbiqi işləri aparılır.

Bu xidmət əlillik təyinatlarının aparılması prosesində  vətəndaşlarla TSEK əməkdaşları arasında  birbaşa  ünsiyyətin minimuma endirilməsində, əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında, əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanması prosedurlarının sadələşdirilməsində xüsusi önəm kəsb edir.

Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazası gücləndirilib, həmçinin Dünya Bankı ilə birgə icra olunan «Sosial Müdafiənin İnkişafı» layihəsi çərçivəsində həmin strukturlar kompyuter avadanlıqları ilə təmin edilib.

Müzakirələr zamanı səhiyyə müəssisələri ilə TSEK-lər, eləcə də Əlillərin bərpa mərkəzləri arasında elektron məlumat mübadiləsinə, o cümlədən əlillik təyinatı üçün 88 nömrəli göndəriş formasının elektron qaydada TSEK-lərə təqdim olunmasına imkan verən sistemin qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
HƏQİQƏT




Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.