12px13px15px17px
Tarix:11/07/11

“Apple” cərimələndi

Məhkəmənin qərarına görə “Apple” şirkəti multimedia pleylistlərlə bağlı patentləri pozduğuna görə “Personal Audio” şirkətinə 8 milyon dollar ödəyəcək. Əvvəlcə “Apple” “Personal Audio”nun göstərilən patentlərinin etibarsız olduğunu təkid edib. Ancaq Texas ştatının Şərq dairə məhkəməsi “Personal Audio” şirkətinin xeyrinə qərar çıxardıb. Bu qərara əsasən, “Apple” şirkəti qarşı tərəfə 8 milyon dollar ödəməli olacaq.
Qeyd etmək lazımdır ki, əvvəlcə “Personal Audio” məhkəmədən “iPhone“in ilk modellərinin istehsalından başlayaraq zərəri saymağa başlamağı xahiş edib. Bu da bütövlükdə 84 milyon dollar zərər demək idi. Lakin məhkəmədə “Apple” hüquqşünasları “iPod” və “iPhone”nin ilk modellərinin tamamilə “Apple”ın şəxsi hazırlamalarına əsaslandığını rekord sayda - 6300 sənədləşmə vərəqi təqdim ediblər.



Baxış sayı: 1007

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024