12px13px15px17px
Tarix:31/05/12

Rusiyada onlayn reklam bazarının həcmi 2011-ci ildə 55,5 faiz artıb

“İnteraktiv Reklam Bürosu”nun (Interactive Advertising Bureau - IAB) məlumatına görə, Rusiyada onlayn reklam bazarının həcmi 2011-ci ildə 55,5 faiz artaraq 1,12 milyard avro təşkil edib və o, Avropada bu göstərici üzrə altıncı yerdə qərarlaşıb.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, Avropada onlayn reklam bazarının həcmi 2011-ci ildə 20,9 milyard avro təşkil edib. Bu, 2010-cu illə müqayisədə 14,5 faiz çoxdur.
Avropanın internet reklam bazarında kontekst reklamın payı təxminən 9,7 milyard avro, media reklamın payı isə təxminən 7 milyard avro təşkil edib.

“IAB”-ın məlumatına görə, Avropa regionunda onlayn reklam bazarının 5 əsas “oyunçu”sunun (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Hollandiya) həcmi Avropa bazarının ümumi həcminin 67.9 faizini təşkil edir.


 
EMİL




Baxış sayı: 1313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024