12px13px15px17px
Tarix:31/05/12

GİN 4 elektron xidmət göstərir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanının icrası ilə əlaqədar Gənclər və İdman Nazirliyinin (GİN) rəsmi internet saytında elektron xidmətlər bölməsi yaradılıb və hazırda nazirlik tərəfindən 4 xidmət göstərilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə GİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, elektron xidmətlərə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq, respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu, idman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların alınması üçün müraciətin və sənədlərin qəbulu, gənclər təşkilatları layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrand müsabiqəsində iştirakı üçün müraciətin və sənədlərin qəbulu, gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciətin və sənədlərin qəbulu daxildir:  “Elektron xidmətlər bölməsində nazirlik tərəfindən göstərilən elektron xidmətlər, həmçinin hər bir xidmətə uyğun inzibati reqlament və tələb olunan siyahı yerləşdirilib. İstifadəçilərin hər bir bölmədən sərbəst istifadəsi təmin edilib».

S.Məmmədova onu da bildirib ki, Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin hamısı ödənişsizdir: «Nazirlər Kabinetinin mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarının və elektron xidmət növlərinin siyahısının təsdiq edilməsi haqqında 24 noyabr 2011-ci il tarixində 191 nömrəli qərarının 5.1 və 5.2 bəndlərinin icrası ilə əlaqədar elektron xidmətlərin elektron xidmətlər reyestrinə salınması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən loqin və şifrə alınıb və bununla da xidmətlər elektron xidmətlər reyestrinə daxil edilib».

SEYMUR




Baxış sayı: 1239

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024