12px13px15px17px
Tarix:31/05/12

“Tunçmatik” şirkətinin Azərbaycanda rəsmi distribüteri “Ultra” şirkəti oldu

“Ultra” şirkəti  türk istehsalçısı və fasiləsiz qidalanma sistemlərinin istehsalçısı olan “Tunçmatik” şirkəti ilə mətbuat konfransı keçirib.  Şirkətin rəhbəri Məhməd Yozer  “Tunçmatik” haqqında məlumat verərək qeyd edib ki, şirkət 1969-cu  ildə İstanbulda elektrik məhsullarının Türkiyədə istehsal olunması məqsədilə yaradılıb. 1974-cü ildə şirkət şəxsi zavodunu tikdirmiş və şirkətin ilk istehsal etdiyi məhsul transformator olub.

“Türkiyənin elektrik məhsulları istehsal edən “Tunçmatik” şirkətinin məhsulları Azərbaycan bazarında da layiqli yer tutacaq. Şirkət Azərbaycan bazarında 6 ay, bir il deyil, 10 illərlə qalmaq fikrindədir. İki ildir ki, “Tunçmatik” şirkətinin məhsulları Azərbaycan bazarında satılır. Amma lazımlı şəkildə tanıtımı olmayıb. Bundan sonra məhsulların yerli bazarda payının çox yüksələcəyinə inanıram”.

Şirkət rəhbərinin sözlərinə görə, şirkət Azərbaycan bazarına 10 milyon dollar həcmində məhsul çıxaracaq.
M.Özər yaxın aylarda şirkətin telefonlar üçün iki yeni adapter istehsal edəcəyini bildirib. Onun sözlərinə görə, həmin məhsullar avqustun sonunda Azərbaycan bazarında satışa çıxarılacaq.

Qeyd edək ki, şirkət 1996-cı ildən elektromexaniki fəaliyyətini dayandıraraq “güc elektronikası” istehsal etməyə başlayıb. “Tunçmatik” şirkəti Tunis, Misir, Bolqarıstan, Gürcüstan və digər ölkələrin bazarlarında böyük paya malikdir.




Baxış sayı: 985

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024