12px13px15px17px
Tarix:01/06/12

“İntel” çipi əsasında işləyən “Android” smartfon hazırlanıb

İyunun 6-da Böyük Britaniyada “İntel” çipi əsasında hazırlanan və “Android” platforması ilə işləyən “San Diego” adlı smartfonun satışları başlayır.

Abunəçi “Orange” yerli mobil rabitə operatoru ikiillik müqavilə bağladıqda qurğunu pulsuz alır, lakin onun aylıq ödənişləri ən azı 25 funt-sterlinq olmalıdır. Əks təqdirdə “San Diego” smartfonunun qiyməti 310 dollar təşkil edəcək.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, smartfon 1,6 QHs takt tezliyində işləyən “Atom Z2460” prosessoru, 1024×600 nöqtə təsvir ölçülü 4,03 düymlü ekran, saniyədə 10 foto və “Full HD” formatında video çəkə bilən 8 meqapikselli kamera ilə təchiz edilib. Qurğuya “Android 2.3” əməliyyat sistemi quraşdırılıb.

İstehsalçı iddia edir ki, qurğunun avtonom iş müddəti danışıq rejimində 8 saat, internet-sörfinq zamanı 5 saat, musiqiyə qulaq asdıqda isə təxminən 45 saata bərabərdir.

EMİL




Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024