12px13px15px17px
Tarix:01/06/12

Əmək bazarında yoxlamalara nəzarət üçün Daxili Elektron-Məlumat və İdarəetmə Sistemi yaradılacaq

Son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin operativliyinin təmin edilməsi, əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Həmçinin Almaniya, Türkiyə, Polşa, Bolqarıstan, Hollandiya, Rusiya və digər dövlətlərin iş təcrübəsi öyrənilərək səmərəli nəzarət üsulları tətbiq edilir. Bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) yaxından dəstək olan nüfuzlu beynəlxalq təşkilatlar sırasında Beynəlxalq Maliyyə Korporasiyasının  xüsusi yeri  var.

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da genişlənməsinin  real ifadəsi olaraq, cari ilin may ayında Korporasiya ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında 2012-ci il üçün Fəaliyyət Planı imzalanıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏCMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, əmək qanunvericiliyinin icrasına dövlət nəzarəti üzrə aparılan yoxlamaların effektivliyinin artırılması məqsədinə xidmət edən Fəaliyyət Planı əmək qanunvericiliyinə əməl olunmasına nəzarət məqsədilə aparılan yoxlamaların planlaşdırılması üçün Riskə Əsaslanan Metodologiyanın işlənib hazırlanması, yoxlamaların Daxili Elektron-Məlumat və İdarəetmə Sisteminin yaradılması, yoxlamaların prosedur qaydalarını, müfəttişlərin hüquq və vəzifələrini  və digər məsələləri əks etdirən daxili Təlimatın hazırlanmasını nəzərdə tutur.

Eyni zamanda Fəaliyyət Planına əmək qanunvericiliyinin icrasına nəzarət məqsədilə aparılan yoxlamalarda standart forma kimi istifadə edilən Sorğu vərəqəsinin işlənib hazırlanması, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq əməkdaşları üçün yeni prosedur və qaydalar, habelə beynəlxalq təcrübə barədə təlim proqramlarının, sahibkarlar üçün əmək norma və qaydaları haqqında müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi məsələlər daxildir.

Nazirlikdən bildirilib ki, bu təşkilatla aparılan səmərəli əməkdaşlıq çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin işinin gücləndirilməsi istiqamətində ötən müddətdə xeyli işlər görülüb. Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə dəstəyi ilə İordaniya Həşimilər Krallığının əmək müfəttişliyi ilə təcrübə mübadiləsi məqsədilə DƏMX-in nümayəndə heyətinin  bu ölkəyə səfəri təşkil edilib.

Eyni zamanda, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən nəzarət işi həyata keçirilərkən işəgötürənlərə köməklik məqsədi  ilə “Əmək qanunvericiliyi: norma və qaydalar” adlı metodik vəsait hazırlanıb. Metodik vəsaitin məqsədi müəssisələrdə dövlət nəzarəti zamanı əmək qanunvericiliyindən irəli gələn hansı norma və qaydaların yoxlanılacağı barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılmasıdır.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir