12px13px15px17px
Tarix:01/06/12

Daha bir universitetdə “Wi-Fi” şəbəkəsi yarandı

Artıq  Texniki Universitet də "Wi-Fi" şəbəkəsinin əhatə dairəsinə qatıldı. Belə ki, "IREX-Azərbaycan" nümayəndəliyi "Azərbaycanda Yeni Media" layihəsi çərçivəsində "USAID"-in maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universitetinin (ATU) əsas binasında "Wi-Fi" sisteminin quraşdırılması layihəsini başa çatdırıb.

Bu məqsədlə universitetdə açılış mərasimi keçirilib. Mərasimdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı, "IREX-Azərbaycan" təşkilatının "Azərbaycanda Yeni Media" layihəsinin rəhbəri Angela Nicoara, "USAID"-in missiya rəhbəri Michael Greene, ATU-nun rektoru Havar Məmmədov və digər şəxslər iştirak edib.

Qeyd edək ki, "Wi-Fi" sistemi Azərbaycan Texniki Universitetinin üç məntəqəsində - tələbələrin kitabxanasında, müəllimlərin kitabxanasında və tələbə yeməkxanasında quraşdırılıb. 8 MB/s sürətli internetdən hər məntəqəyə eyni vaxtda orta hesabla 200 istifadəçi qoşula bilər.



RƏVAN





Baxış sayı: 1183

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024