12px13px15px17px
Tarix:01/06/12

“Google”-un axtarış nəticələri kitab şəklində çap olunub

Britaniyalı rəssamlar Feliks Heyz və Ben Uest ingilis lüğətinin sözləri əsasında axtarış sistemləri bazarının lideri, internet nəhəngi “Google”-da sorğu nəticələrini kitab şəklində çap ediblər.

“İCTnews.az” elektron xəbər xidməti “rabita.az” saytına istinadən  bildirir ki, rəssamlar kitabı 21 min sözün sorğu nəticələri əsasında hazırlayıblar. Onlar kitabı tərtib etmək üçün lüğətə daxil olan hər sözlə bağlı ilkin nəticəni əldə edən skripti yazıblar, sonra isə mövzu ilə baglı bütün şəkilləri 3 sütunda yerləşdirən ikinci skripti yerləşdirib PDF-fayl yaradıblar və sorğu nəticələrini kitab şəklində tərtib edib, çapa veriblər.

Qeyd edək ki, kitab 1 240 səhifədən ibarətdir. Satış üçün nəzərdə tutulmayıb. Müəlliflər məcmuəni 2012-ci ilin mədəniyyətini əks etdirən “filtrə olunmamış inikası” adlandırıblar. Onlar etiraf ediblər ki, kitabın yarısı xoşagəlməz tibbi şəkillərdən, pornoqrafiya, rasizm və “pis cizgi filmləri”ndən ibarətdir.




Baxış sayı: 1198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024