12px13px15px17px
Tarix:01/06/12

Peyk televiziya bazarının həcmi 2011-ci ildə 14 faiz artıb

2011-ci ilin nəticəsinə görə, peyk televiziyası bazarının həcmi 90 milyard dollar təşkil edib. Bu göstərici 2021-ci ilədək 150 milyard dollara qədər arta bilər.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, “Euroconsult” analitik mərkəzinin məlumatına görə, 2011-ci ildə pullu peyk televiziya sənayesi bazarının həcmi 90 milyard təşkil edib. Bu göstərici 2010-cu illə müqayisədə 11 milyard dollar çoxdur.

Analitiklərin proqnozuna görə, bu göstərici 2021-ci ildə 150 milyard dollara qədər artacaq. Bu halda Latın Amerikası, Mərkəzi Avropa, Rusiya, Yaxın Şərq, Afrika və Asiyanın inkişaf etməkdə olan bazarlarının payı daim artacaq və 2021-ci ilədək 44 faiz təşkil edəcək.

Asiya regionu  Hindistan dövlətinin sayəsində peyk televiziyasına qoşulmaların sayına görə ən sürətli inkişaf edən regiondur. “Euroconsult” analitik mərkəzinin proqnozuna görə, 2021-ci ildə peyk televiziyası abunəçilərinin 77 faizi inkişaf etməkdə olan ölkələrin payına düşəcək. 2011-ci ildə onların payı 60 faiz təşkil edib.
 
EMİL




Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024