12px13px15px17px
Tarix:02/06/12

“Səba”nın kredit haqqını “Azərpoçt” MMC qəbul edir

"Azərpoçt" MMC-nin bank maliyyə xidmətləri göstərməsi üçün lisenziya alması ilə əlaqədar bir sıra yeni xidmətlərin, o cümlədən kredit təşkilatlarının kredit və digər haqların yerlərdə yığımı ilə bağlı imkanlar yaranıb.

Müəssisənin Maliyyə xidmətləri marketinq şöbəsinin müdiri Yaşar Əhmədovun verdiyi məlumata görə, bununla əlaqədar "Azərpoçt" MMC ilə "Səba" Bank olmayan kredit təşkilatı arasında  müqavilə bağlanıb.

Müqavilənin şərtlərinə əsasən, "Səba" Bank olmayan kredit təşkilatından kredit almış müştərilərdən rüsum alınmadan istənilən poçt şöbəsindən  məktuba əlavə olunan qaydaların tələblərinə uyğun olaraq pul köçürməsi şəklində qəbul edilərək, köçürülməsi təmin edilir və pul köçürməsini qəbul edən Poçt Filialının payına düşən  xidmət haqqı "Azərpoçt" MMC tərəfindən "Səba" şirkətindən alınaraq yerli filiallarla hesablaşmada nəzərə alınır.



RƏVAN




Baxış sayı: 1518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020