12px13px15px17px
Tarix:02/06/12

Planşetlər onun yolunu kəsir

Fərdi kompyuter (FK) seqmenti planşetlərin populyarlığı nəticəsində gözlənildiyindən daha çox ziyana məruz qalacaq. “Morgan Stanley” investisiya bankının yeni “AlphaWise” icmalı buna sübutdur.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, 2012 və 2013-cü illərdə FK-in tədarük  həcminin 1 faiz artacağı gözlənilir. Ekspertlərin yeni proqnozu əvvəlki hesablamadan əhəmiyyətli dərəcədə fərqlənir. Həmin proqnoza əsasən, 2012 və 2013-cü illərdə FK seqmenti müvafiq olaraq 2 və 5 faiz artacaq.

Mütəxəssislər bununla yanaşı, planşet bazarında sürətli artım gözləyirlər. “Morgan Staneley” investisiya bankının analitiki Keti Hyubertinin (Katy Huberty) proqnozuna görə, 2012-ci ildə planşetlərin tədarük həcmi 133 milyon, 2013-cü ildə isə 216 milyon təşkil edəcək.

Hyuberti qeyd edib ki, yaxın 2 il ərzində satın alınacaq planşetlərin 41 faizi fərdi kompyuterlərin daimi və ya müvəqqəti əvəzetməsi kimi alınacaq. Bundan əvvəl bu göstərici 14 faiz səviyyəsində proqnozlaşdırılmışdı.

EMİL   




Baxış sayı: 1199

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024