12px13px15px17px
Tarix:04/06/12

“Google” şirkəti “3D” kartlarını “Apple”-dan əvvəl təqdim edəcək

“Google” şirkəti 2012-ci il iyunun 6-da San-Fransiskoda xüsusi mətbuat konfransı keçirəcək və orda “Google Maps”-ın yeni imkanlarını təqdim edəcək. İnternet-nəhəng təqdimatda kartoqrafiya xidmətinin "növbəti ölçüsünü" göstərməyə söz verib.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, tədbiri “Google Maps” və “Google Earth”-in vitse-prezidenti Brayan Makklendon aparacaq.

Belə görünür ki, “Google Maps” xidmətinin yeni funksiyalarının elan yeri və vaxtı təsadüfən seçilməyib. “Apple” korporasiyasının da iyunun 11-dən 15-dək eyni şəhərdə “WWDC” konfransı  keçirəcəyi məlumdur. “Apple” həmin konfransda “Google Maps” xidmətini “3D” rejimə malik şəxsi kartları ilə əvəz etməsi haqqında  elan edə bilər.



EMİL




Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024