12px13px15px17px
Tarix:05/06/12

Yarasa-robot kəşfiyyatçı rolunda?

Madrid Texnologiya Universitetində çalışan ispan mühəndisləri Braun Universitetində işləyən amerikalı kolleqaları ilə birgə  “BaTboT” adlı yeni robot hazırlayıblar. Robotun əsas  xüsusiyyəti  onun qanadlarının unikal konstruksiyasındadır; belə ki, onlar yarasaların qanadlarına oxşadılıb.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, yarasalar havada yüksək manevr etmə qabiliyyəti ilə fərqlənir. Buna görə mütəxəssislər yarasaların qanadlarının strukturunu diqqətlə araşdırıblar və süni materiallardan onun oxşarını yaradıblar.

“BaTboT” robotunun qanadları formanın yadda saxlanması effektindən istifadə edən və qalınlığı təxminən 0,1 millimetr olan ən nazik parçadan hazırlanıb; bu, ona əsl əzələlərin işini imitasiya etməyə imkan verir. Mütəxəssislər əmindirlər ki, manevr qabiliyyəti üzrə bu robotun tayı-bərabəri olmayacaq.



EMİL




Baxış sayı: 1426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024