12px13px15px17px
Tarix:06/06/12

Bakıda internet abunəçilərinin sayı artıb

Son 5 ay ərzində Bakıda internet abunəçilərinin sayında artım müşahidə olunub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, birlik üzrə sürətli onlayn internet abunəçisinin sayı 160698 nəfərdir.

“Bunlardan 78585 nəfəri “Bakinternet”in, yerdə  qalanlar isə digər özəl provayderlərin  abunəçiləridir”.  Baş direktor müavini bildirib ki, BTRİB şəbəkəsində son illər aparılmış rekonstruksiya işləri və ən yeni texnologiyaların tətbiqi nəticəsində paytaxtın telefon şəbəkəsi beynəlxalq standartlara uyğun qurulub.

Belə ki, son mil probleminin həlli ilə əlaqədar yeni tikilmiş hündürmərtəbəli binalarda optik şəbəkə avadanlıqları (ONU) qurularaq abunəçi xəttinin uzunluğu dəfələrlə azaldılıb və nəticədə istifadəçilərə keyfiyyətli (sürətli) multimedia xidmətlərinin göstərilməsi təmin edilib.


RƏVAN




Baxış sayı: 1037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024