12px13px15px17px
Tarix:06/06/12

Qlobal şəbəkədə mobil istifadəçilərin sayı internetə daxil olanların sayını ötəcək

İsveçin “Ericsson” şirkətinin mobil trafik haqqında dərc etdiyi son hesabatda 2017-ci ildə mobil müqavilələrin sayının 9 milyardı ötəcəyi proqnozlaşdırılır. “Ericsson” şirkətində hesab edirlər ki, 2017-ci ildə qlobal şəbəkədə olan mobil istifadəçilərin sayı internetə fərdi kompyuter və noutbuk vasitəsilə  daxil olanların sayını ötəcək.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına  istinadən bildirir ki, proqnoza görə, 2017-ci ilədək təxminən 3 milyard insan smartfon işlədəcək. Bundan başqa, “3G” şəbəkəsindən 85, “4G” şəbəkəsindən isə təxminən 50 faiz istifadəçi yararlanacaq.

“Ericsson” şirkətinin proqnozuna görə, 2017-ci ilədək noutbukların 33 faizi mobil şəbəkələrə çıxış imkanına malik olacaqlar, planşetlərin təxminən 50 faizi isə daimi olaraq şəbəkəyə qoşulacaq.
 


EMİL




Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020