12px13px15px17px
Tarix:06/06/12

Mətbu məlumatların yayım təqvimini elektron formada əldə etmək imkanı yaradılıb

Dövlət Statistika Komitəsi tərəfindən mətbu məlumatların yayım təqviminin təqdim edilməsi xidməti tam avtomatlaşdırılıb və Komitənin rəsmi internet səhifəsində (http://www.azstat.org/MM_T.shtml) təqdim olunur. 

Ödənişsiz olan elektron xidmət ölkədə sosial-iqtisadi, ekoloji, demoqrafik vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliliyini səciyyələndirən statistik məlumatlarla bağlı hazırlanmış mətbu məlumatların buraxılış tarixi, onların mövzuları haqqında bütün istifadəçilərin əvvəlcədən məlumatlandırılması, buraxılış təqviminə uyğun mətbu məlumatların əldə edilməsi, habelə təqvim üzrə əvvəlki arxiv məlumatlarına hüquqi və fiziki şəxslərin giriş imkanının yaradılmasını əhatə edir.

“İCTnews” elektron xəbər xidmətinin DSK-nin saytına istinadən verdiyi məlumata görə, xidmətin göstərilməsinin nəticəsi olaraq statistik məlumat istifadəçisi iqtisadiyyatın və sosial həyatın bütün sahələrinə dair hazırlanmış mətbu məlumatları və onların hazırolma dövru haqqında buraxılış təqvimini elektron formada əldə edir.

 Xidmət Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir. Bununla yanaşı, bu tip xidmətlər rəsmi statistikanı təmsil edən digər dövlət orqanları tərəfindən də, müvafiq normativ hüquqi aktlar əsasında öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal etdikləri inzibati statistik məlumatlarla bağlı hazırlanmış mətbu məlumatların təqvimi üzrə göstərilə bilər.

İnformativ növlü elektron xidmət bütün növ istifadəçilər üçün açıqdır: “Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda olan istifadəçilərin xidmət üzrə nəzərdə tutulmuş məlumatları  əldə etməsi üçün heç bir məhdudiyyət qoyulmayıb”.

Xidmətin yerinə yetirilməsinə nəzarət proqram sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir. Komitənin veb-səhifəsinə edilən müraciətlərin uçotu və protokollaşdırılması, onun nəticəsi haqqında qeydlər aparılır.

Xidmət növünün təqdim olunması üzrə istifadəçi şikayət etmək hüququna malikdir, bununla bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və  məhkəməyə şikayət verilə bilər: “Buraxılış təqvimində əvvəlcədən nəzərdə tutulmuş mətbu məlumatların Komitənin internet səhifəsində yerləşdirilmədiyi və ya onun əvvəlcədən bəyan edilmədiyi halda digər məzmunlu mətbu məlumatla dəyişdirilməsi, istifadəçilərin bu məlumatlara girişin təmin olunmaması şikayət üçün əsas ola bilər.

Mətbu məlumatın məzmunu, informasiyaların hazırlanması qrafiki, fərdi məlumatların tələb olunması, habelə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu ilə açıqlanması qadağan olunan məlumatların verilməsi ilə bağlı məsələlər şikayət üçün əsas sayıla bilməz”.
 
CAHANGİR




Baxış sayı: 1090

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024