12px13px15px17px
Tarix:07/06/12

Yenidən aktivləşdirilmiş nömrələr hər ay 300 dəqiqə bonus alacaq

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Şirkətdən verilən məlumata görə, "Sür@" ticarət nişanı altında ölkədə ən mükəmməl "3G" mobil internet təcrübəsini təklif edən "Bakcell" şirkəti yeni eksklüziv kampaniyasını elan edir.

İndi nömrəsini yenidən aktivləşdirən abunəçi hər ay 300 dəqiqə bonus alacaq. Kampaniyada iştirak edən bütün "CİN" abonentləri öz işləməyən nömrələrini yenidən aktivləşdirib ilin sonuna qədər hər ay şəbəkədaxili zənglər üçün 300 dəqiqə bonus alacaqlar. Bonus almaq üçün balansa hər ay ən azı 2 AZN yükləmək lazımdır. Kampaniya iyunun 1-dən iyulun 31-dək davam edəcək.

Kampaniyada nömrəsi 31 gündən artıq olan müddət ərzində (2012-ci ilin mayın 31-dək) bağlı olan abonentlər iştirak edə bilər. Bu təklif nömrəsi qısa müddət ərzində bağlı olan müştərilər üçün də etibarlıdır. Bu cür abonentlər ödəmə kartı yükləyib (2 AZN və daha yüksək) kampaniyaya qoşula bilərlər. Nömrəsi daha uzun müddət ərzində bağlı olan abonentlər həmçinin nömrənin dublikatını əldə edib və ödəmə kartı yükləməklə bu kampaniyaya qoşula bilərlər.

RƏVAN



Baxış sayı: 1641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024