12px13px15px17px
Tarix:08/06/12

Bu gün Futbol üzrə Avropa çempionatı başlayır - Təqvim

Bu gün Avropanın 16 ən güclü futbol komandasının qitə çempionatı start götürür. Çempionat iki ölkədə - Polşa və Ukraynada təşkil olunub. 31 matçdan 16-sı Ukraynada, 15-i Polşada baş tutacaq.

"İCTnews" xəbər verir ki, bütün görüşlər Bakı vaxtı ilə saat 21:00-da və 23:45-də başlanacaq. Seçmə mərhələnin görüşləri 8-19 iyunda, ¼ final matçları 21-24 iyunda, yarımfinal oyunları 27-28 iyunda olacaq.

Çempionata iyulun 1-də Kiyevdəki «Olimpiyski» stadionunda baş tutacaq final matçı ilə yekun vurulacaq. İyunun 8-də keçiriləcək çempionatın açılış oyunu - Polşa - Yunanıstan matçını ispaniyalı Karlos Velasko Karballo idarə edəcək. A qrupunun digər görüşü olan Rusiya - Cexiya qarşılaşması isə ingiltərəli Hovard Uebbə həvalə olunub.

Futbol üzrə Avropa çempionatı 1960-cı ildən keçirilir. 2000-ci ildən isə çempionata 2 ölkə birgə ev sahibliyi edir.

Qrup mərhələsi 
A qrupu
Polşa
Yunanıstan
Rusiya
Çexiya

 8 iyun
Polşa - Yunanıstan
Rusiya - Çexiya
 12 iyun
Yunanıstan - Çexiya
Polşa - Rusiya
 16 iyun
Çexiya - Polşa
Yunanıstan - Rusiya
B qrupu
Hollandiya
Danimarka
Almaniya
Portuqaliya
 

 9 iyun
Hollandiya - Danimarka
Almaniya - Portuqaliya 
13 iyun
Danimarka - Portuqaliya
Hollandiya - Almaniya 
17 iyun
Portuqaliya - Hollandiya
Danimarka - Almaniya
C qrupu
İspaniya
İtaliya
İrlandiya
Xorvatiya
 
10 iyun
İspaniya - İtaliya
İrlandiya - Xorvatiya 
14 iyun
İtaliya - Xorvatiya
İspaniya - İrlandiya 
18 iyun
Xorvatiya - İspaniya
İtaliya - İrlandiya
D qrupu
Ukrayna
İsveç
Fransa
İngiltərə
 
11 iyun
Fransa - İngiltərə
Ukrayna - İsveç
 15 iyun
İsveç - İngiltərə
Ukrayna - Fransa
 19 iyun

İngiltərə - Ukrayna
İsveç - Fransa

 1/4 final

 21 iyun (1)
1A - 2B 
22 iyun (2)
1B - 2A 
23 iyun (3)
1C - 2D 
24 iyun (4)
1D - 2C 

Yarımfinal 

 27 iyun 
1-3 
28 iyun 
2-4 

Final 
1 iyul


RƏVAN
 




Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024