12px13px15px17px
Tarix:08/06/12

“Samsung” mobil prosessor fabrikinin tikintisinə təxminən 2 milyard dollar vəsait ayırıb

Electronics” şirkəti smartfon və planşetlərə tələbatın artması fonunda mobil qurğular üçün nəzərdə tutulmuş çiplərin istehsalı üzrə yeni fabrikin tikintisinə 1,9 milyard dollar vəsait ayıracaq.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, “Samsung” şirkəti “Apple”-ın “iPhone” smartfonu və  “iPad” planşeti üçün mikroprosessor təchizatçısıdır.

“Samsung” şirkəti mobil qurğular üçün nəzərdə tutulmuş çip istehsalı sahəsini fəal şəkildə inkişaf etdirir, çünki həmin bazar sürətlə inkişaf edir. 2016-cı ilədək smartfon və planşetlər üçün prosessor bazarı həcminin 59 milyard dollar təşkil edəcəyi gözlənilir.

“Samsung”un ilin sonunadək başa çatdırmağı planlaşdırdığı yeni istehsal obyektləri ona "ağıllı" mobil həllərə artan tələbatın öhdəsindən gəlməyə kömək etməlidir.
 
EMİL




Baxış sayı: 1150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024