12px13px15px17px
Tarix:12/07/11

Analitiklər: “Cisco” avqust ayında 5000 insanı işdən azad edə bilər

“Gleacher&Co” şirkətinin proqnozlarına görə, şəbəkə avadanlığı istehsalçısı “Cisco Systems” bu ilin avqust ayında təxminən 5000 insanı işdən azad etməklə şirkət tarixində personalın çıxarılması üzrə ən böyük kampaniyalardan birinə başlayacaq. “Gleacher&Co” analitiki Brayen Marşalın qiymətləndirməsinə əsasən, bu addım “Cisco”ya korporativ xərcləri ildə təxminən 1 milyard dollar azaltmağa və 2012-ci ildə gəlirləri təxminən 8% artırmağa icazə verəcək. Bu il “Cisco” artıq bir sıra iş istiqamətlərini bağlayıb, maliyyə proqnozlarını azaldıb və şirkətin qiymətli kağızları Nyu-York birjalarında 22% aşağı düşüb, bununla belə “S&P500” birja indikatoru 7% artıb.
“Cisco”nun icraçı direktoru Con Çembers əvvəlcə bildirib ki, “Cisco” diqqəti ən əhəmiyyətli məhsullara - şəbəkə marşrutlayıcılarına yönəltməlidir. Analitiklər bildiriblər ki, Çembersin sözlərində məntiq var, belə ki, “Cisco”nun əsas rəqibləri – “Hewlett-Packard” və “Juniper Networks” artıq lideri həm şəbəkə avadanlığı qiymətlərinə, həm də məhsulların xarakteristikalarına görə ötməkdədirlər. “Cisco” şirkətində hələ ki əməkdaşların çıxarılması imkanını şərh etmirlər.



Baxış sayı: 928

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024