12px13px15px17px
Tarix:11/06/12

Bakıda “İDC”-nin təşkilatçılığı ilə tədbir keçiriləcək

Cari ilin iyun ayının 14-də "JW Marriott Absheron Baku" otelində informasiya təhlükəsizliyi və verilənlərin saxlanması üçün istifadə olunan müasir texnologiyalarla bağlı problemlərin həllinə həsr olunmuş "IDC IT Security and Datacenters Transformation Roadshow 2012" adlanan  illik beynəlxalq  konfrans keçiriləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji partnyor qismində çıxış etdiyi tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən və "IDC IT Security and Datacenters Transformation Roadshow" adlanan konfranslar silsiləsinə daxildir. Konfrans Bakı şəhərində ilk dəfə keçirilir.

Əsas məqsəd  problemlərin həlli üçün müasir metodların müəyyən olunması,  müəssisələrin İT infrastrukturlarının effektivliyinin yüksəldilməsi, müasir bazar şəraitində İT təhlükəsizliyinin təmin olunması və iş proseslərinin fasiləsizliyinin təmin olunmasıdır.

 "IDC IT Security and Datacenters Transformation Roadsho" konfrans iştirakçılar üçün unikal bir meydançaya çevrilib. Bu konfrans çərçivəsində  İT mütəxəssisləri həmkarları  ilə geniş təcrübə mübadiləsi aparırlar.   

Bakıda keçiriləcək konfransda 100-dən artıq yerli İT şirkətlərinin rəhbərləri və İT mütəxəssisləri iştirak edəcək. Konfrans çərçivəsində "EMC", "Vision Solutions", "HP", "APC by Schneider Electric" kimi tədarükçü şirkətlər İT bazarında yeni tendensiyalar və müasir tələblərə cavab verən informasiya sistemlərinin qurulması sahəsində əldə etdikləri təcrübəni bölüşəcəklər.         
 
Qeyd edək ki, İDC-informasiya texnologiyaları, telekommunikasiya və istehlak bazarlarında informasiyanın və konsultasiya xidmətlərinin aparıcı tədarükçüsü və müxtəlif tədbirlərin təşkilatçısıdır.

"İDC" İT mütəxəssislərinə,  rəhbərlərə və investorlara texnikanın alınmasına və biznes-strategiyasının seçilməsinə  dair əsaslandırılmış qərarları qəbul etməyə kömək edir.  "İDC"-nin 1000-dən çox analitiki 110 ölkədə dünya, regional və yerli səviyyədə bu sahəyə məxsus olan texnologiyaları, tendensiyaları və imkanları öyrənirlər.  "İDC"-nin bilikləri artıq 45 ildir ki şirkətin müştərilərinə vacib məsələlərin həllində kömək göstərirlər.

"İDC" İT sahəsində nəşr, tətqiqat və xüsusi tədbirlərin keçirilməsi üzrə dünya bazarının lideri olan "İDG" şirkətinin filialıdır.  Şirkət haqqında daha ətraflı məlumat "http://www.idc.com/" saytında yerləşdirilib. Qeyd olunan şirkətlərin adları ticarət markaları və ya müvafiq sahibkarlar tərəfindən qeyd olunmuş ticarət markaları ola bilərlər.




Baxış sayı: 2251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024