12px13px15px17px
Tarix:11/06/12

İmtahanlara mobil telefonlarla getməyin cəzası ağır olub

İyunun 8-də keçirilən növbəti buraxılış imtahanları zamanı 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

  Hər bir rayon üzrə saat 10:00-da  XI siniflər, həmin gün 15:00-da isə IX siniflər öz biliklərini nümayiş etdiriblər.  İmtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

TQDK sədri Məleykə Abbaszadə imtahan prosesini yaxından izləmək üçün Şamaxı və İsmayıllı rayonlarındakı imtahan mərkəzlərinə gedib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulub: «Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar».

SEYMUR
 




Baxış sayı: 1306

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024