12px13px15px17px
Tarix:11/06/12

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün onlayn sınaq test imtahanları tətbiq olunacaq

İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olunmaq istəyən vətəndaşlar ilə onlayn sınaq test imtahanlarının keçirilməsi elektron xidmətinin inzibati reqlamenti ictimai müzakirəyə təqdim  edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “http://eXidmet.csc.gov.az/Reqlament7.aspx” internet ünvanında təqdim olunan interaktiv növlü elektron xidmət ödənişsizdir, on altı yaşına çatmış, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bu xidmətdən istifadə edə biləcəklər: “Vətəndaş şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil etdikdən sonra və ya elektron imza vasitəsilə daxil olaraq onlayn sınaq imtahanında iştirak etmək üçün elektron formada sənədi doldurduqdan sonra sınaq imtahanına buraxılır. Təkrar imtahan 10 gündən sonra aparıla bilər”.

Əgər hər hansı bir məlumatı formata uyğun deyilsə və ya qeyri-real məlumat daxil edilibsə, istifadəçiyə imtinanın səbəbi barədə məlumat verilir.

Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru həyata keçirir.
 
CAHANGİR





Baxış sayı: 16049

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024