12px13px15px17px
Tarix:11/06/12

Planşetlərin qiyməti aşağı düşəcək

“IMS Research” şirkətinin hesablamasına görə, 2012-ci ilin birinci rübü ərzində satılmış planşet kompyuterlərinin orta qiyməti 386 dollar təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 21 faiz aşağıdır. Belə ki, o zaman planşet kompyuterlərinin qiyməti orta hesabla 489 dollar olub.

Hesablamalara görə, 2011-ci ildə dünyada təxminən 60 milyon planşet satılıb. Proqnozlara görə, 2012-ci ildə planşet tədarükləri  119 milyona çata bilər. Bu isə praktik olaraq 100 faiz artım deməkdir.




EMİL




Baxış sayı: 1741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024