12px13px15px17px
Tarix:11/06/12

Sığortaolunanlar tərəfindən məlumatların əldə olunması xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub

Sığortaolunanlar üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatların əldə edilməsi  xidməti tam avtomatlaşdırılıb və “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi Elektron Xidmətlər Portalına inteqrasiya olunub.

“İCTnews” elektron xidmətinin fondun saytına istinadən verdiyi məlumata görə, elektron xidmətin göstərilməsi nəticəsində sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına getmədən əldə edə bilməsi təmin olunur.

Sığortaolunan məlumatları əldə etmək məqsədilə “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə sorğu edir. Sorğu dərhal cavablandırılır. Lakin elektron imzası və fondun fərdi uçot sistemində sığortaolunan kimi uçotda olmayan şəxsə xidmətin göstərilməsindən imtina edilir.

İnteraktiv növlü elektron xidmətin istifadəçiləri fiziki şəxslərdir, xidmətin göstərilməsi üçün heç bir sənəd və ödəniş tələb olunmur.Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
 
CAHANGİR




Baxış sayı: 975

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020