12px13px15px17px
Tarix:12/06/12

“Apple” yeni "makbuk" təqdim edib

"Apple" şirkəti San-Fransisko şəhərində keçirilən "WWDC" konfransında "Retina" displeyə malik nazik "MacBook Pro" noutbuku təqdim edib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən  bildirir ki, kompyuterin çəkisi 2 kq, qalınlığı isə 1,8 santimetr təşkil edir. Yeni "MacBook Pro" noutbukunda ekranın diaqonalı 15,4 düym, təsvir ölçüsü 2880x1800 pikselə bərabərdir.

Noutbuk "Ivy Bridge" dördnüvəli prosessorları, "GeForce GT 650 M" videokartı ilə təchiz edilib. Kompyuterlərdə 16 qiqabayta qədər  əməli yaddaş və 768 qiqabayta qədər fləş-yaddaş olacaq.
Nazik "makbuk", həmçinin "SD" yaddaş kartı üçün slot və "HDMI", "USB 3.0", "Thunderbolt" və "MagSafe" portları ilə təchiz olunub.

"MacBook Pro" noutbuku avtonom olaraq 7 saat işləyə bilər. Gözləmənin rejimində kompyuter aya qədər ola bilər. ABŞ-da noutbukun qiyməti 2199 dollar təşkil edəcək.


EMİL




Baxış sayı: 1216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024