12px13px15px17px
Tarix:12/06/12

Azərbaycan və Gürcüstan qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi aparacaqlar

Azərbaycan və Gürcüstan qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi aparacaqlar. Bu barədə "İCTnews" Elektron xəbər xidmətinə Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

Universitetdən bildirilib ki, iyunun 12-də BDU-da Gürcüstan Milli Elmlər Akademiyası ilə BDU arasında elm və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. BDU tərəfindən Memorandumu rektor, akademik Abel Məhərrəmov, Gürcüstan tərəfindən isə Milli Elmlər Akademiyasının akademik katibi Givi Tsintsadze imzalayıblar.

Bu əhəmiyyətli sənədə imza atan rektor Abel Məhərrəmov Memorandum çərçivəsində həyata keçiriləcək işlərin önəmindən danışıb. İmzalanan Anlaşma Memorandumu tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, ikitərəfli birgə simpozium, seminar və konfrans təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı kimi sahələrdə iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.

    
HƏQİQƏT





Baxış sayı: 516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020