12px13px15px17px
Tarix:14/06/12

Özü-özünü tənzimləyən çarpayı hazırlanıb (VIDEO)

Son illər texnoloji nailiyyətlər o qədər sürətlə inkişaf edir ki, insanları heyrətləndirir. Bu cür yeniliklərdən biri də özü-özünü tənzimləyən çarpayıdır. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, İspaniyadakı mebel firmalarından biri səhər oyandığı vaxt yerini yığışdırmağı problem kimi qəbul edənlərə xüsusi çarpayı hazırlayıb.

"Vaxtınızı boşa sərf etməyin, sevdiklərinizə daha çox vaxt ayırın" – şüarı ilə istehsal olunan çarpayı işini sadə üsulla görür. Çarpayının iki tərəfində olan mexaniki qollar yatağın üstündə olan ədyalı çarpayının baş tərəfinə doğru aparır. Bu vaxt yastıqlar da mexaniki şəkildə havaya qalxır və ədyalın tam yerləşməsini təmin edir. Çarpayının öz-özünü tənzimləməsi 1 dəqiqədən də az vaxta başa gəlir.





SEYMUR
 





Baxış sayı: 1421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024