12px13px15px17px
Tarix:16/06/12

Rəqiblərini qabaqlayan planşet

Parametrlərinə görə rəqiblərindən geri qalmayan, hətta onları qabaqlayan  “Acer ICONIA Tab-W500”  planşeti ilk öncə zövqlü dizaynı ilə cəlbedicidir. “Bestel”, “EverBest” və “BestComputers” mağazalarında təqdim edilən planşet cilalı ekran qara çərçivə ilə əhatə olunub, onun küncləri dəyirmiləşdirilib, arxa hissəsi isə toxunuş zamanı  xoş təəssürat bağışlayan “soft-touch” adlandırılan plastikdən hazırlanıb. Planşeti əldə tutmaq çox rahatdır.

Ekran

Rezolüsiyası 10.1 "WXGA” (1280x800),  planşet ekranı “multi-touch” funksiyalarını dəstəkləyir. Ekran və onun ətrafındakı çərçivə barmaq izlərinə olduqca həssas şüşə altında yerləşdirilib. Yeri gəlmişkən, bu, indiki zamanda bazarda təqdim olunan bütün planşetlərin nöqsanıdır. Planşetin iş səthini daima təmizləmək lazımdır, lakin bu, onun iş qabiliyyətinə təsir göstərmir.

Ekran olduqca həssasdır və yerinə yetirilən manipulyasiyalara dərhal reaksiya verir. Planşet elektrik şəbəkədən qidalandıqda ekran kontrastlı və işıqlı olur, enerjiyə qənaət rejimində isə (susmaya görə qidalanma adapteri çıxarıldıqda həmin rejimə keçir) ekran tündləşir.

Əlbəttə, bu sazlamaları dəyişmək mümkündür və hətta quraşdırılmış işıqlanma sensoru onlara nəzarət etməyə çalışır, lakin bu sensoru söndürmək və işıqlanma tənzimçisini avtonom iş zamanı daha çox tərəfə çəkmək məsləhətdir. Əməliyyat sisteminin standart sazlamalarına bu cür müdaxilədən sonra batareyanın enerjisi daha tez sərf olunmağına baxmayaraq, razılaşın ki, ekranın işıqlılıq dərəcəsi normal olduqda işləmək daha rahatdır.

Proqram təminatı

Planşet 32 bit “Windows 7 Home Premium” proqramı ilə təchiz olunub və “Windows” mühitində iş üçün nəzərdə tutulan bütün proqramlar problemsiz olaraq bu planşetdə işə salınır. Testdən keçirilmə zamanı biz “Microsoft Office”, “Skype”, “Opera”, “Chrome” və digərləri daxil olmaqla müxtəlif proqramlardan istifadə etmişik. “Windows” üçün nəzərdə tutulmuş bir çox “stolüstü” proqramlar, təəssüf ki, sensor ekranlarla uyğunlaşmır və barmaqla idarə olunma üçün adaptasiya olunmayıblar.

Lakin mühüm bir faktı qeyd etmək lazımdır ki, “maus” və klaviatura qoşulduqda planşet adi kompyuteri və ya noutbuku 100% əvəz edə bilər. Planşetin çəkisini və kompakt ölçülərini nəzərə alsaq, bu, olduqca əhəmiyyətli üstünlükdür.

Alternativ əməliyyat sistemləri üzərində qurulmuş planşetlər, necə olsa da, həmçinin kompyuteri əvəz edə bilər, lakin belə geniş funksional təklif etmir və daha çox stasionar kompyuterə əlavə rolunda çıxış edir. “DocPad” isə evdə və ofisdə iş üçün qurğu kimi istifadə oluna bilər və eyni zamanda onu “HD” keyfiyyətli kinolara baxmaq üçün səyahətə götürmək də mümkündür.

Aparat xüsusiyyətləri

Planşet ikinüvəli “AMD C-50” prosessoru  üzərində qurulub. Planşetdə “DDR2 667 MHz” standartlı 1 Gb operativ yaddaş quraşdırılıb. “DocPad”-da HDD mövcud deyil, lakin 32 Gb həcmli yüksəksürətli SDD quraşdırılıb. Bundan əlavə, standart USB-hostun olması həm fləş-daşıyıcılardan, həm də istənilən həcmdə xarici HDD-lərdən istifadə etməyə imkan yaradır. Yeri gəlmişkən, bu videosürətləndirici planşetin korpusunda yerləşən HDMI portu vasitəsilə görüntülərin daha böyük diaqonallı ekrana çıxarılması imkanını təmin edir.

Texniki xüsusiyyətləri

Prosessor: AMD C-50 1.00GHz dual-core processor
Operativ yaddaş: 1 Gb DDR2
Ekran: 10,1, sensorlu, tutumlu, multi-sensor, 1280х800 piksel;
Videoadapter: AMD Radeon HD 6250;
Yaddaş qurğusu: 32 Gb SSD;
Rabitə imkanları: Gigabit LAN/WLAN 802.11bgn/Bluetooth 3.0;
Veb-kamera: 1,3 Mp;

Portlar: 3 x USB, 3,5 mm audioçıxış, Mini-HDMI
Аudio: iki daxili kolonkalar (2 х 1,5 Vt), mikrofon;
Аkkumulyator: 3 cell batareya;
Ölçüləri: 274x190x14 mm;
Çəkisi: 970 qr;
Əməliyyat sistemi: “Windows 7 Home Premium” (32 bit);
Zəmanət: 1 il.

Tez işləmə

Planşet işləmə prosesində olduqca sürətli göründü. O, brauzerdə yüklənmiş saytları asanlıqla açır və ekrana toxunmaya kifayət qədər cəld təsir göstərir.  Yeni ikinüvəli “AMD” platforması əvvəlki nəsil netbuklarında gördüyümüzdən nəzərə çarpacaq dərəcədə sürətli olub.

Lakin artıq bir müddət istifadədən sonra resurs həcmli əməliyyat sistemi özü barədə məlumat verir və proqramlarda iş sürəti azalır.

Təəssüf ki, “Android”dən və xüsusən “Apple iOS”-dan fərqli olaraq “Windows” üçün hələ təbii planşet proqramları yoxdur.  Bu istiqamətdə hərəkət əsasən yeni əməliyyat sistemi olan “Windows 8”-in 2012-ci ildə bazara çıxması ilə başlamalıdır.

Avtonom iş vaxtı

Burada planşetin xüsusən öyünmək üçün heç nəyi yoxdur. Adi rejimdə və işə düşmüş “Wi-Fi” ilə avtonom iş vaxtı 3 saatdan ibarətdir, lakin enerjiyə qənaət rejimində və naqilsiz əlaqə modulları sönülü halda olduqda isə 5 saata qədər çata bilər. 

Əsas etibarilə bu növ qurğular üçün bu rəqəmlər tamamilə adidir, lakin “İconia” bu xüsusiyyətlər üzrə mobil əməliyyat sistemləri olan planşetlərlə rəqabət apara bilməz. Yaxşı olardı ki, qurğu şəbəkədən uzağa və uzun müddət ondan kənara aparılmasın. Lakin Bakıdan istənilən istiqamətə uçuş zamanı 1-2 filmə baxmaq üçün kifayətdir. Amma şəhər şəraitində yaxınlıqda daima elektrik enerjisi ilə təchiz etmə mənbəyi tapılar.




Baxış sayı: 1014

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024