12px13px15px17px
Tarix:16/06/12

2012-ci ildə planşetlərin satış həcmi 100 milyonu ötəcək

2011-ci ildə müxtəlif proqram-aparat platformalarında işləyən 69,6 milyon planşet satılıb. “Apple” şirkətinin istehsalı olan qurğuların payına 58,2 faiz, “Android” ilə işləyən qurğuların payına isə 38.7 faiz düşüb.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə planşetlərin satış həcmi 107,4 milyona (bundan  əvvəl 106,1 milyon olacağı proqnozlaşdırılırdı) çata bilər. Bu halda "iPad" planşetlərinin bazar payı 62,5 faizə qədər artacaq.

“IDC” tədqiqat şirkətinin hesablamalarına görə, 2013-cü ildə planşet kompyuterlərinin tədarük həcmi 142,8 milyona qədər artacaq, 2016-cı ildə isə təxminən 222 milyon təşkil edəcək.





 
EMİL




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024