12px13px15px17px
Tarix:16/06/12

Efiopiyada İP-telefoniya qadağan edilib

Efiopiya hakimiyyəti ölkə ərazisində internet üzərindəki nəzarəti sərtləşdirib: belə ki, bu yaxınlarda ölkədə İP-telefoniya şəbəkələri, xüsusilə “Skype” və “Google Talk” vasitəsilə əlaqə saxlamaq qadağan edilib.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, yeni qanuna müvafiq olaraq “VoIP”-xidmətlərdən istifadəyə görə 15 il müddətinə azadlıqdan məhrum olmaq olar. Qaydaların "milli təhlükəsizlik naminə” və "yerli telekommunikasiya şirkətlərinin inhisarçılıqdan müdafiəsi" üçün qəbul edildiyi bildirilib.

Bundan əlavə, Efiopiyanın yeganə internet-provayderi – “Ethio Telecom” şirkəti “Tor” şəbəkəsinin trafikini blok etməyə başlayıb. Məlumat üçün bildirək ki, “Tor” sistemi internetdə təhlükəsiz anonim əlaqə yaratmağa imkan verir: istifadəçilər “Tor” vasitəsi ilə veb-saytlara daxil olduqda, material dərc etdikdə, mesaj göndərdikdə məxfiliklərini qoruyub saxlaya bilərlər.



 
EMİL




Baxış sayı: 1197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024