12px13px15px17px
Tarix:18/06/12

“Bakcell” beynəlxalq mükafata layiq görüldü

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti, “Eurovision 2012” mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı”nı binadaxili mobil rabitə sistemi ilə təchiz etdiyinə və yarış zamanı yüksək keyfiyyətli mobil rabitə xidməti göstərdiyinə görə nüfuzlu “GTB Innovation Award 2012” (“GTB İnnovasiya Mükafatı 2012”) beynəlxalq mükafatına layiq görülüb.

 Bu barədə şirkətdən verilən məlumatda bildirilir. “Global Telecoms Business” özünün altıncı illik mükafatını Londonda telekommunikasiya sənayesinin 360 nəfər nümayəndəsinin iştirakı ilə keçirilən mərasimdə təqdim edib.

“Bakı Kristal Zalı”nın mobil telekommunikasiya infrastrukturu Türkiyənin ən böyük stadionlarından biri olan “TT Arena”nın təchizatını həyata keçirən “Komtel” və  “Bakcell” tərəfindən qurulub. Layihədə ABŞ-ın “Bravo Tech Inc.” şirkətinin unikal sistemindən istifadə olunub. “Bakcell” şirkəti öz innovativ ideyasının GTB tərəfindən yüksək qiymətləndirilməsindən çox məmnundur.

Biz qısa – rekord bir müddət ərzində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı”nda bu avadanlıqları quraşdıra bildik və sistem müsabiqə günlərində abunəçilərə yüksək səviyyədə xidmət göstərdi” - deyə “Bakcell” şirkətinin baş icraşı direktoru Riçard Şirer bildirib. Xüsusi olaraq sözügedən layihə üçün gətirilən 90 stadion antenası “Bakcell” abunəçilərini yüksək xidmət ilə təmin edib.

Ölkədə fəaliyyət göstərən digər mobil operatorların abunəçilərinə də xidmət bu sistem üzərindən göstərilib. “Bakcell”in mütəxəssisləri sistemin saz vəziyyətdə olması üçün bütün yarış boyu sistemi nəzarətdə saxlayıblar. Hər üç operatorun istifadəsi üçün quraşdırılan “2G” və “3G” kanalları 31 000-dən artıq abunəçiyə rabitə imkanı yaratmışdır.

RƏVAN




Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024