12px13px15px17px
Tarix:18/06/12

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi prosesi başa çatmaq üzrədir

Multimedia Mərkəzi tərəfindən həyata keçirilən dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi prosesi başa çatmaq üzrədir.

Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq hesabatlar və dövlət qurumlarının  informasiya açıqlığı üzrə reytinq cədvəli tərtib edir.

Qurumdan bildirilib ki, builki monitorinq prosesində 64  mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər, dövlət komitələri və s.) və 67 rayon və şəhər icra hakimiyyətinin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyəti araşdırılıb.

Həmçinin builki monitorinq prosesində  mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti və hazırda elektron formada təqdim olunan xidmətlərlə bağlı vəziyyət də araşdırılıb.

Dövlət qurumlarının informasiya açıqlığı  vəziyyətini müəyyən etmək üçün aparılan monitorinq ölkə qanunvericiliyi  və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan metodika əsasında gerçəkləşdirilir. Yerli icra hakimiyyəti orqanlarının monitorinqi məqsədilə hazırlanan metodikada yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.

Metodikada dövlət qurumlarının rəsmi internet resurslarında yerləşdirilən informasiyalar  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilib  və qiymətləndirilib.  

Monitorinqin yekunları ilə bağlı məlumatlar iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan geniş tədbirdə ictimaiyyətə açıqlanacaq.

RƏVAN




Baxış sayı: 1330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024