12px13px15px17px
Tarix:19/06/12

Bakıda “4G” modemləri satışa çıxarıldı

Azərbaycanda ilk dəfə olaraq "Azercell Telekom" MMC ən son texnologiya sayılan “4G”-ni tətbiq etməyə başlayıb. Şirkət mayın 24-dən etibarən Bakıda “4G” şəbəkəsini istifadəyə verib.

Şirkətdən verilən məlumata görə, dünəndən etibarən isə “4G” modemləri də satışa çıxarılıb. "Azercell" abonentləri “4G” modemini Bakıdakı "Azercell Ekspress" ofisləri, həmçinin diler şəbəkələrindən əldə edə bilərlər.

“4G” modeminin qiyməti 149 manatdır. Biraylıq limitsiz internet paketinin qiyməti isə 45 AZN (ƏDV daxil) təşkil edir. Lakin "Azercell" abonentlərə ilk ay üçün limitsiz internet paketini pulsuz təqdim edir.
“4G” sürətli mobil internetə çıxış imkanı yaradan modern texnologiyadır.

Şəbəkənin köməyi ilə saniyədə 100 Mb sürətə çatmaq mümkündür. Hazırda “4G” texnologiyası dünyanın çox az ölkəsində tətbiq edilir. Bakıda “Azercell”-in “4G” şəbəkəsi Dənizkənarı Milli Park daxil olmaqla, şəhərin mərkəzi hissələrini, insanların daha çox toplaşdığı məkanları əhatə edir.

Bu ərazilərə "Kristal Zalı", Dənizkənarı Milli Park, "Elmlər Akademiyası" metrostansiyası, "Natavan Plaza", Nəsirəddin Tusi adına Pedaqoji Universitet, Azərbaycan Dövlət Dram Teatrı, "Kempinski" hoteli, Nəriman Nərimanov heykəlinin yerləşdiyi ərazi aiddir.İlin sonuna kimi "Azercell" şəbəkəni genişləndirmək, daha çox məkanı əhatə etməyi planlaşdırır.




Baxış sayı: 1130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024