12px13px15px17px
Tarix:19/06/12

“Oracle” korporasiyasının illik mənfəəti 10 milyard dollar təşkil edib

Dünyanın ən böyük proqram təminatı tədarükçülərindən biri 2012-ci ilin ilk 3 ayı ərzində 10,9 milyard dollar qazanıb. Xalis mənfəət isə təxminən 8 faiz artaraq 3,5 milyard dollar təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, proqram təminatı üçün yeni lisenziyaların satışından əldə olunan 7 faiz artaraq təxminən 4 milyard dollar təşkil edəcək. Eyni zamanda aparat həllərinin satışları 16 faiz azalaraq 977 milyon dollara bərabər olub.

Korporasiya ümumilikdə 2012-ci il ərzində 37,1 milyard dollar qazanıb. Artım 4 faiz təşkil edib. Xalis mənfəət 17 faiz artaraq 10 milyard dollar təşkil edib.

Maliyyə göstəricilərinin elan edilməsindən sonra “Oracle” korporasiyasının qiymətli kağızları 96 sent və ya təxminən 3 faiz  bahalaşaraq 28,08 dollar təşkil edib.
 

EMİL




Baxış sayı: 1155

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024