12px13px15px17px
Tarix:20/06/12

“Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, həmçinin “Sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisasları üzrə doktorluq imtahanı keçirilib. İyunun 19-da keçirilən imtahanda 10 nəfər doktorant və dissertant iştirak edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə institutdan məlumat verilib.

İTİ-dən qeyd edilib ki, AMEA Rəyasət Heyətinin “Doktorluq imtahanlarının keçirilməsi haqqında” 18.05.2012-ci il tarixli sərəncamına və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli əmrinə əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində yaradılmış Dissertasiya Şurasında “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, eləcə də “Sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisasları üzrə doktorluq imtahanlarının qəbul edilməsi üçün komissiya yaradılıb.

Komissiyanın sədri AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, üzvləri - texnika elmləri doktoru Məsumə Məmmədova, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Tofiq Kazımov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayevdir.
 
HƏQİQƏT




Baxış sayı: 1735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024