12px13px15px17px
Tarix:20/06/12

Ağstafada sürətli internet istifadəçilərinin sayı artacaq

İlin sonunadək Ağstafada sürətli internet istifadəçilərinin sayı artacaq.Bu barədə məlumatı Ağstafa Şəhər Telekommunikasiya İdarəsinin rəisi Mirəsgər Mahmudov verib.Onun sözlərinə görə, hələlik 7 kənd sürətli internet şəbəkəsi ilə təmin edilib.

“Hazırda Qırlı, Səməd Vurğun, Həsənsu, Köçəsgər, Eynallı, Kəndpoylu və Dağkəsəmən kəndlərinə internet xətti çəkilib. İlin sonunadək digər kəndlərdə də internet kabelləri quraşdırılacaq ki, digər abonentlər də internetdən istifadə etsin” - deyə M.Mahmudov  bildirib.

İdarənin rəisi deyib ki, Ağstafada “Aztelekom” və “DATA+” provayderləri fəaliyyət göstərir.Qeyd edək ki, 2010-cu ildən Ağstafanın ATS-ləri elektronlaşıb.



Baxış sayı: 1328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024